Skip to main content
  • About Us
Masanızı sifariş edin
Rezervasiya üçün: +99412 499 8888
Mükəmməl steyklər hazırlayan alovlu "Fireworks Urban Kitchen" - toplantılar və açıq kokteyl qəbulu üçün eksklüziv məkan. Restoranın parıldayan metal çubuqlardan ibarət təntənəli tavan örtüyü, qrill və qızartma elementlərini təmsil edən şəffav kərpic və taxta lövhələrdən ibarət girişi var. Bu elementlər divar və tavanlardakı boşluq boyunca işıq, kölgə və teksturların müxtəlif kompozisiyalarında təkrarlanaraq bütün yemək məkanını səciyyəvi rahatlandıcı bir istilik halqası ilə əhatə edir. Tavan örtüyü tərs qırmızı xalça tək qonaqları restoranın xüsusi yemək otağı, "Fireworks" mətbəxi, viski və brendi guşəsi, şərab barı və nəhayət geniş alov piyalələri və heyranedici Bakı mənzərəsi olan açıq terrasa istiqamətləndirir. İçki menyusu əsasən viski, məharətlə hazırlanmış kokteyllər və geniş keyfiyyətli şərab seçimi olan cəlbedici şərab siyahısından ibarətdir. Təqdimatlar və garnitürlər həmişə sadədir, hazırlanmış yeməyin keyfiyyətini və teksturunu vurğulayır. Əlavələr xırda çiplərdən xırçıltılı soğan halqaları, kremli kartof püresi və mövsümi tərəvəz qrilinə kimi sıralanır. Menyunun vurğulanan təamı isə təxminən 900 qram çəkisi olan Avstraliya Stokyard FW Tomahaqıdır!
about-us-image-th
  • Ünvan
  • Azadlıq meydanı 674, Bakı AZ1010
  • İş Saatları
  • Nahar
    12:00 - 15:00
    Şam Yeməyi
    18:00 - 23:00

Back to top